Azedu.az

Fizika fənnindən yüksək nəticə: "Özünüinkişaf məqsədilə qatılmışam"

MİQ

16 İyul 2025, 16:47
Fizika fənnindən yüksək nəticə: "Özünüinkişaf məqsədilə qatılmışam"

Xəbər verdiyimiz kimi iyulun 9-da fizika müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Belə ki, iştirakçılar arasından yüksək bal toplayanlardan biri də Səmra Səmədovadır. O, imtahandan 91.25 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Özünü yoxlamaq məqsədilə MİQ-də iştirak edən müəllim özündən daha yüksək toplaya bal gözlədiyini bildirib:

"Mən 2008–2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili almışam. 2014–2016-cı illərdə isə Qafqaz Universitetində magistratura təhsilimi tamamlamışam.

Son üç ildir ki, MİQ imtahanında iştirak edirəm. Əvvəlki illərdə 87 bal toplamışdım, bu il isə nəticəm 91 bal oldu. Hazırda Masazır kənd 5 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıram. MİQ imtahanını özümü inkişaf etdirmək üçün bir vasitə hesab edirəm.

Bu il suallar əvvəlki illərə nisbətən daha çətin idi. Zaman baxımından da sıxlıq hiss olunurdu. Əslində, özümə daha yüksək nəticə gözləyirdim, amma bu il bir qədər aşağı nəticə əldə etdim. İmtahana tamamilə özüm hazırlaşmışam. Sertifikasiya imtahanında 56 bal toplamışam. Bu il həmçinin iki şagirdim keçirilən Respublika fənn müsabiqəsində bürünc medala layiq görülüb. Onların uğurunu da öz nəticəm kimi qəbul edirəm.

Fikrimcə, müəllim daim üzərində çalışmalı, yenilikləri izləməli və ixtisas biliklərini dərinləşdirməlidir".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox