Azedu.az

Coğrafiyadan yüksək bal toplayan"Örnək müəllim": Olimpiada sualları MİQ-dən çətindir

MİQ

14 İyul 2025, 17:16
Coğrafiyadan yüksək bal toplayan"Örnək müəllim": Olimpiada sualları MİQ-dən çətindir

Xəbər verdiyimiz kimi, iyulun 4-də coğrafiya müəllimləri üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı həyata keçirilib.

Yüksək nəticə əldə edən müəllimlərdən biri də Əlizamin Məmmədəliyevdir.

Belə ki, o, MİQ üzrə imtahandan 91 bal toplayıb.

AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

O, Orta təhsilini Lənkəran şəhər 1 saylı tam orta məktəbdə alıb:

"2004-cü ildə 576 balla Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimliyi ixtisası üzrə qəbul olmuşam. 2008-ci ildə bakalavr təhsilimi başa vurmuşam. Daha sonra magistraturaya 81 balla Lənkəran Dövlət Universiteitnin fiziki coğrafiya ixtisası üzrə təhsilimi davam etdirdim. 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanında 100% nəticə göstərib Masallı rayonu Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinə qəbul olmuşam.

Artıq 14 ildir ki, pedadoji fəaliyyət göstərirəm. Çalışdığım müddətdə 2 dəfə Elm və Təhsil Nazirliyinin "Fəxri fərmanı", 1 dəfə "Qabaqcıl təhsil işçisi", 1 dəfə də Gənclər və İdman Nazirliyinin "Fəxri fərman"ı ilə təltif olunmuşam.

Bu il coğrafiya müəllimləri üçün ilk dəfə keçirilən sertifikasiya imtahanında iştirak edərək 58 bal topladım.  Həmçinin bu günə qədər iştirak etdiyim imtahanlarda ixtisasım üzrə 100%-lik nəticə göstərmişəm. Özüm bir neçə ildir ki, olimpiadaya şagird hazırlaşdırdığım üçün mənə sertifikasiya və MİQ-in sualları daha asan gəlirdi. Yəni olimpiadanın sualları bu imtahanlara nisbətən xeyli çətin olur. MİQ imtahanında ixtisasımı 40 dəqiqəyə bitirdim, amma pedaqikanı yaxşı bilmədiyim üçün təxminən 100 dəqiqədən tez sualları cavablandırdım.

Lisey məktəbində fəaliyyətimi davam etdirmək istəyirəm. Gələcəkdə 100% MİQ imtahanında yenidən iştirak edəcəyəm.Çünki mən metodikada hələki öz istədiyim kimi deyiləm. İstəyirəm ki, onu da 100%-lik öyrənə bilim.Şagirdlər üçün hazırlanmış olimpiada imtahanının sualları MİQ-dən çətin idi. Yüksək bal toplamaq istəyən müəllimlərə tövsiyə edirəm ki, olimpiada suallarını daha çox işləsinlər. Bu zaman imtahahandan uğur qazanmaq olar".

 

Qeyd edək ki, Əlizamin Məmmədəliyev 2023-cü ildə "Örnək müəllim" adına layiq görülüb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox