Azedu.az

MİQ-də yüksək nəticə: Fəaliyyətimi Bakıda davam etdirmək istəyirəm

MİQ

9 İyul 2025, 12:44
MİQ-də yüksək nəticə: Fəaliyyətimi Bakıda davam etdirmək istəyirəm

Xəbər verdiyimiz kimi, dünən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günü olub.

Belə ki, I seansda alman və ingilis dili, II seansda isə kimya və riyaziyyat fənlərindən imtahan keçirilib.

İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Fidan Heydərovadır.

Müəllimlik sevgisi onu 3 ildir ki, yaşadığı Bakıdan İsmayıllıya aparıb:

“Əslində Bakıda yaşayıram, amma müəllimliyə olan sevgim məni artıq 3 ildir İsmayıllıda işləməyə vadar edib. İnşallah, bu il evimə yaxın bir məktəbdə çalışmağı planlaşdırıram”.

Fidan xanım ilk ali təhsilinə 2015-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olaraq başlayıb:

“2015-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dillər Universitetinə 606 balla daxil olmuşam. Həmin universiteti 2019-cu ildə bitirmişəm. Bu il daha çox oxuyub-anlama tipli tapşırıqlar üstünlük təşkil edirdi. Onlar da akademik səviyyəli idi və söz bazasına əsaslanırdı. Bu da imtahanı daha maraqlı edirdi. İmtahana özüm hazırlaşmışam. MİQ-də iştirak edib uğur qazanmaq istəyən həmkarlarıma tövsiyəm budur ki, daha çox söz ehtiyatına diqqət yetirsinlər, advanced səviyyəli sözləri öyrənməyə çalışsınlar. Eyni zamanda oxuyub-anlama (comprehension) testlərini daha dərindən təhlil etməyə və öyrənməyə səy göstərsinlər”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox