Azedu.az

MİQ-dən 95 bal toplayan müəllim: İmtahan sualları sertifikasiyadan daha RAHAT İDİ

MİQ

9 İyul 2025, 12:03
MİQ-dən 95 bal toplayan müəllim: İmtahan sualları sertifikasiyadan daha RAHAT İDİ

Xəbər verdiyimiz kimi, dünən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günü olub.

Belə ki, I seansda alman və ingilis dili, II seansda isə kimya və riyaziyyat fənlərindən imtahan keçirilib.

İmtahandan iştirak edib yüksək nəticə əldə edənlərdən biri də Könül Əsgərovadır.

Belə ki, 43 yaşlı Könül müəllim kimya fənni üzrə 95 bal toplayıb.

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Həmsöhbətimiz Gəncə Dövlət Universitetinin (GDU) Kimya-biologiya fakültəsinin kimya ixtisası üzrə təhsil alıb:

"20 ildir ki, Şəmkir rayonu Kür qəsəbə adına İsgəndər Aznaurov adına tam orta məktəbdə fəaliyyət göstərirəm.  5 il isə direktor əvəzi olaraq çalışıram.Eyni zamanda Dövlət İmtahan Mərkəzində rəhbər kimi çalışıram. Keçən il MİQ imtahanında iştirak edib 82,5 bal toplamışam. Həmçinin kimya müəllimləri üçün bu il ilk dəfə keçirilən sertifikasiya imtahanında isə 53 bal yığdım.

MİQ üzrə tərtib edilmiş suallardan razı qaldım. Yüksək bal toplayacağımdan əmin idim. Hətta qeyd edim ki, MİQ üzrə suallar sertifikasiyada tərtib edilmiş suallardan daha asan və rahat idi. Sertifikasiyada hesablama tipli suallar daha çox idi, bu imtahanda isə qismən az və rahat idi. Ona görə də düşünürəm ki, müəllimlərin işə qəbulu imtahanındakı suallar sertifikasiyadan daha rahat idi.

Hazırda Şəmkirdə yaşayıram. Hələ ki, harda fəaliyyət göstərmək istəyəcəyimi dəqiqləşdirməmişəm. Gələcəkdə MİQ üzrə imtahanında iştirak etməyi düşünürəm. Bu günə qədər bütün imtahanlarda iştirak etmişəm. Özüm həm marker müəllimi həm də təlimçiyəm. 

Tövsiyə edərdim ki, əsas məsələ sürətli olsunlar. Həmçinin tədris etdiyi ixtisası yaxşı bilib hər zaman öz üzərində işləsinlər. Yeniliklərə açıq olsunlar. Dövrün tələbinə uyğunlaşıb inkişaf etmək lazımdır".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox