Azedu.az

Müəllimləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq

MİQ

8 İyul 2025, 12:16
Müəllimləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq

“Müəllumlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn,  pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər. Sosial şəbəkələrdə metodika üzrə sualların çətin olduğu barədə səslənən fikirlərə münasibət bildirilib.

AzEdu.az xəbər verir ki, bu barədə fikirləri bu gün 161 nömrəli məktəbdə  müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.


O bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı pedaqoji təcrübə də tələb edir. Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər. Unutmayaq ki, müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir.

Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcəkdir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox