Azedu.az

Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ

MİQ

30 İyun 2025, 10:19
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ

Xəbər verdiyimiz kimi, Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının dəqiq vaxtı və yeri məlum olub.

Bəs, görəsən, kimlər MİQ imtahanında iştirak edə bilməz?

AzEdu.az-ın əldə etdiyi məlumat görə, magistr pilləsində pedaqoji istiqamətdə təhsil almaqla yanaşı, bakalavr səviyyəsində pedaqoji ixtisası olmayan şəxslər imtahana buraxılmırlar.

Orta ixtisas və ya ali təhsil müəssisəsində pedaqoji ixtisas olmayan şəxslər namizəd ola bilməzlər. İştirak üçün pedaqoji diplom tələb olunur.

Xaricdə müəllimlik ixtisası üzrə təhsil almaqla yanaşı, əgər diplomu tanınmayıbsa, imtahana qatılmağa hüquqları çatmır.

Hazırda orta ixtisas və ya ali təhsil müəssisəsində təhsil alırsa, lakin sonuncu kursda deyilsə, imtahanda iştirak edə bilməz. Təhsilini davam etdirən tələbələr arasında yalnız sonuncu kursda oxuyanlar imtahana müraciət edə bilərlər. Digər kurs tələbələri bu hüquqdan məhrumdurlar.

Qeyd edək ki, yalnız qanuni və şərtlərə cavab verən şəxslər imtahana buraxılır.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox