Azedu.az

Müsahibə mərhələsi: Sertifikasiya və MİQ arasında fərq nədir?

MİQ

Tələbə və şagird

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

29 Avqust 2024, 11:19
Müsahibə mərhələsi: Sertifikasiya və MİQ arasında fərq nədir?

Son statistikaya əsasən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinə çağırılan 5740 nəfərdən 4658 nəfər uğur qazanıb.

 

Məlumdur ki, sertifikasiyanın müsahibə mərhələsi də yaxınlaşır. Müəllimləri maraqlandıran suallardan biri də sertifikasiyanın müsahibə mərhələsi MİQ-lə eyni səviyyədə olub-olmaması ilə bağlıdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun  sözlərinə görə, MİQ-in müsahibə mərhələsi sertifikasiyanın müsahibə mərhələsinə nisbətən çətin olmalıdır:

 img

“MİQ işə qəbul müsabiqəsi olduğu üçün burada sualların çətinlik səviyyəsi, o cümlədən müsahibə mərhələsinin təşkili, verilən suallar təbii ki, daha çətin olmalıdır. Bu normal haldır. Sertifikasiya isə hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayan proses olduğuna görə müsahibə mərhələsində verilmiş suallar nisbətən fərqli və asan tipdə ola bilər.

 

Burada qeyri-adi və ya düzgün olmayan bir məsələ yoxdur. Hər ikisi test və müsabiqə formatı eyni olsa da, əslində fərqli müsabiqələrdir. Sertifikasiya müəllimin peşə yararlığını yoxladığı halda, MİQ isə işə qəbul müsahibəsidir. Və təyinatına uyğun olaraq da suallar tərtib olunur”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox