İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bu gün keçiriləcək test imtahanlarının I seansına 6 353, II seansına isə 6 627 namizəd dəvət olunub.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
İmtahan iştirakçılarına 60 sual təqdim olunur - 20 sual metodika, 40 sual ixtisası əhatə edir.
Cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır.