Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin bugünkü test imtahanında yüksək nəticə qeydə alınıb.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, kimya fənni üzrə imtahan verən Novruzov Vüsal Hidayət oğlu 93.75 bal toplayıb.
Vüsal Novruzov Masallı rayonun Ərkivan qəsəbəsindəndıdir.
Qeyd edək ki, bugünkü imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.
58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Müsabiqəyə ümumilikdə 9 min vakant yer çıxarılıb.
A.Qorxmaz