Azedu.az

Bu gün MİQ imtahanlarında iki fənn müəllimləri iştirak edir - RƏSMİ

MİQ

11 İyul 2023, 10:29
Bu gün MİQ imtahanlarında iki fənn müəllimləri iştirak edir - RƏSMİ

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

 

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. 

 

Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox