Bu gündən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, MİQ üzrə 9 mindən artıq vakant yer var. Müsabiqənin test imtahanı mərhələsində ümumilikdə 58 000-ə yaxın namizədin iştirakı gözlənilir.
MİQ üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.
İmtahanlara gələn namizədlər saat 8:30-da təyinat yerinin qarşısında olmalıdırlar. Saat 8:30-dan 09:45-dək qeydiyyat aparılacaq. Qeydiyyat prosesinə gecikən namizəd imtahan prosesinə buraxılmayacaq.
AzEdu.az imtahanların keçirildiyi tarixlər və məkanları təqdim edir:
A.Qorxmaz