MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.
İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.
Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.
Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.
Mövzu ilə əlaqəli yazılan növbəti məqalənin müəllifi Bakı şəhəri 95 saylı tam orta məktəbin müəllimi Aysel Alıcanovadır:
2011-2012-ci tədris ilində orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı bir sıra yeniliklər oldu. Həmin ildən ölkəmizin bütün ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, mərhələli müsabiqə yolu ilə həyata keçirilməyə başlanıldı. Əvvəllər müsabiqə ilə yanaşı, ali məktəblər təyinatla ümumtəhsil müəssisələrinə müəllimlər göndərirdilər. 2012-ci ildə isə təyinat verilməsi ləğv edildi. Ali məktəblər artıq məzunlara təyinat vermədi. Təhsilini nə vaxt bitirməsindən asılı olmayaraq, bütün müəllimlər Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə iştirak edərək məktəblərə işə qəbul olundular. Bu, təhsil sistemimizdə ən böyük dəyişikliklərdən biri idi. İlkin olaraq, müdavimlər üçün 35 sualdan ibarət test mərhələsi keçirilirdi. Lakin 2015-ci ildən başlayaraq, sistem təkmilləşdirildi və test 60 sualdan ibarət oldu. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edilməsi, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində müəllimlərə köməklik göstərilməsi gənc müəllimlərin regionlarda dərs deməsinə daha çox təkan verdi.
Hər il Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu” müsabiqəsi nəticəsində minlərlə müdavim müəllim adına layiq görülür. Lakin hər bir işin, sistemin daha da təkmilləşməsi üçün bəzi irad və təkliflərə diqqət yetirilməlidir:
İradlar:
Təkliflər:
1.Müdavimlər üçün kurikulum və məntiq üzrə vahid ədəbiyyat tərtib olunsun və yaxud ədəbiyyat siyahısı verilsin;
2.Sistemə yüklənilən testlər yalnız 1 dəfə müdavimlər üçün verilsin. Təkrar eyni test sistem aradan qaldırılsın;
3.miq.edu.az saytı hər zaman (yalnız iyul aylarında deyil) işlək olsun və bəzi qanunsuz halların qarşısınən alınması üçün maarifləndirici işlər hazırlansın;
4.Rus və azərbaycan bölməsi üçün eyni sayda vakansiya verilsin (Ən çox bu vəziyyət ibtidai sinif müəllimliyi ixtisasında yaranır);
5.Müdavimin imtahan zamanı yığdığı balla yanaşı, şəxsi səhifəsinə səhv və doğru yazdığı suallar da göndərilsin. Bu zaman müdavimin öz üzərində daha çox çalışması üçün şərait yaradılacaq. Doğru və yanlış bildiklərini təyin edə biləcək.
Bunlar bir cavan müəllimin irad və təkilfləridir. Mən özüm də bu sistemdən keçərək müəllim adına layiq görülmüşəm. Buna görə hər zaman Təhsil Nazirliyinə minnətdaram. Əslində bu müsabiqə cavan müəllimlərin işləməsi üçün böyük stimuldur. Təşəkkürlər, Təhsil Nazirliyi!