“Bu ilin yeniliklərindən biri də odur ki, ümumitəhsil məktəblərində 3 ildən az müddətdə çalışan namizədlər bu müsabiqədə yerdəyişmə məqsədilə iştirak edə bilməyəcəklər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov MİQ-in test imtahanları mərhələsi barədə suallar cavablandırarkən deyib.
Şöbə müdiri tez-tez müəllim dəyişiminin şagirdlərin naliyyətlərinə təsir etdiyini və tətbiq edilən yeniliyin aradan qalxması ilə bağlı hər hansı qərarın olmadığını bildirib:
“Yəni onlar işdən ayrıldıqdan sonra müsabiqədə iştirak edə bilərlər. Burada əsas məqsəd şagird naliyyətlərinin və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təəssüflə qeyd etməliyəm ki, müəllimlərin tez-tez yerdəyişmə etməsi, bir şagirdə bir neçə il ərizində eyni fənn üzrə müxtəlif şəxslərin dərs keçməsi, o şagirdlərin naliyyətlərinə təsir edir. Qərar bu ildən qüvvəyə minib və düşünürük ki, müsbət nəticə verəcək. Tətbiq edilən bu yeniliyin aradan qaldırılması ilə bağlı isə hər hansı qərar yoxdur”