Azedu.az

MİQ imtahanında daha bir neçə müəllim yüksək bal topladı

27 İyul 2018, 10:07
MİQ imtahanında daha bir neçə müəllim yüksək bal topladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin doqquzuncu günü uğurla başa çatıb.

Bu barədə Təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunub ki, doqquzuncu gün Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, rus dili və ədəbiyyatı, rus dili, fransız dili və musiqi üzrə imtahanlarda 2999 nəfər iştirak edib.

Namizədlər arasında ən yüksək nəticə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə 59 bal, fransız dili üzrə 58 bal, Azərbaycan dili üzrə 57 bal, rus dili üzrə 56 bal, rus dili və ədəbiyyatı və musiqi üzrə isə 51 bal qeydə alınıb. 

Xatırladaq ki, iyulun 27-də MİQ imtahanları tarix və kimya üzrə keçiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox