Azedu.az

Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir  

19 Avqust 2021, 15:00
Komissiya sədri: Müsahibə mərhələsində müəllimliyə namizədlər 3 istiqamət üzrə qiymətləndirilir  

Müsahibə mərhələsində müəllim olmaq istəyən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.

 

AzEdu.az xəbər verir ki, bunu 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində kimya fənni üzrə 9-cu komissiyanın sədri, Astara rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov deyib.

 

“Təxminən 5 yaşından etibarən insanların həyatına müəllim daxil olur. Bu səbəbdən də müəllimlərin işə qəbulu müsabiqəsində bizim üzərimizə böyük məsuliyyət düşür. Çalışırıq ki, qeyd olunan kompetensiyalara tam cavab verən layiqli namizədləri seçək”, - deyə komissiya sədri qeyd edib.

Xatırladaq ki, avqustun 18-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Bu mərhələyə ümumilikdə 4973 namizəd dəvət olunub. Müsahibələr avqustun 26-dək davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox