Azedu.az

Bu fənlər üzrə vakansiya seçimi bu gün başa çatır  

MİQ

Elm və Təhsil Nazirliyi

13 Avqust 2021, 09:12
Bu fənlər üzrə vakansiya seçimi bu gün başa çatır  

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində biologiya, musiqi, ingilis və rus dilləri fənləri üzrə vakansiya seçimi bu gün yekunlaşır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər avqustun 13-ü saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var.

 

Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində onların iştirakı təmin olunmayacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox