Azedu.az

Bu fənlər üzrə vakansiya seçimi sabah yekunlaşır  

12 Avqust 2021, 10:15
Bu fənlər üzrə vakansiya seçimi sabah yekunlaşır  

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi davam edir.

 

AzEdu.az xəbər verir ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var. Namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!

 
ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox