Azedu.az

MİQ üzrə rəqəmsal bacarıqların müsahibə mərhələsi BU ŞƏKİLDƏ keçiriləcək

MİQ

6 Avqust 2021, 13:36
MİQ üzrə rəqəmsal bacarıqların müsahibə mərhələsi BU ŞƏKİLDƏ keçiriləcək

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.

 

 

Bu vakansiyanı seçəcək müəllim namizədləri narahat edən məsələlərdən biri də, “Rəqəmsal bacarıqlar” üzre müsahibə mərhələsinin necə keçiriləcəyidir.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, layihə üzrə müvafiq vakansiya tutmuş namizədlərə digər fənlərə keçirilən qaydada müsahibə təşkil olunacaq. Eyni zamanda qeyd olunan namizədlər üçün müvafiq təlimlərin təşkili nəzərdə tutulub.

 

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarənin layihənin genişləndirilərək 190 min şagirdi əhatə etməsi planlaşdırılır.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox