“MİQ imtahanlarında kurikulumla bağlı vahid kitab əzbərçiliyə gətirib çıxaracaq”.
“MİQ üçün vahid kurikulum vəsaitinin olması bəlkə də müəllimlərin işini asanlaşdıra bilər, lakin bu, əzbərçiliyə gətirib çıxarır”.
Bu sözləri canlı yayım zamanı Təhsil naziri Emin Əmrullayev bildirib. O, vahid kitabın işəqəbul prosesinə müsbət təsiri olmayacağını da vurğuladı:
“MİQ-ə hazırlaşmaq üçün əvvəldən müəyyən proqram təqdim olunur. Ola bilər ballar artsın, amma bu sizin işə qəbul olma şansınızı artırmır. Dünya səviyyəli imtahanlar üçün də vahid kitab yoxdur”.