“Nazirlik olaraq kənd məktəblərinə də savadlı müəllimlər göndərməliyik”-Nazir
“Hər bir müəllimin şəxsi kabinetinə ölkə üzrə nəticəsi göndərilib. Burada ölkə üzrə sıralamaları qeyd olunub. Buna çox diqqət edilməlidir”.
AzEdu.az-ın məlumatına görə, bu fikirləri Təhsil naziri Emin Əmrullayev canlı yayımda deyib. O, MİQ prosesində gedən ciddi rəqabətdən də danışıb:
“Vakansiyalarla bağlı məlumatlar gizlədilib kimi informasiyalar əsassızdır. 150000 müəllim sayı olan sistem ilə 15000 vakansiya çıxara bilməz.
Bu rəqəm 5000-7000 arası dəyişə bilər. 46000-49000 adam müsabiqəyə müraciət edirsə burada çox ciddi rəqabətdən söhbət gedir. Hamı böyük şəhərdə işləmək istəsə də, kənd məktəblərimizin sayı minlərədir nazirlik olaraq oraya da müəllim göndərmək istəyirik”.