Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.
İmtahanda iştirak edən müəllimləri maraqlandıran əsas mövzulardan biri də apellyasiyadır.
Bəs imtahanda iştirak edən müəllim apellyasiyaya necə və nə zaman müraciət edə bilər?
AzEdu.az bu suallara cavab olaraq İnsan Resursları Mərkəzinin məlumatını təqdim edir:
“İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir”.