Müəllimlərin işə qəbulu üzrə test imtahanları mərhələsi davam edir.
2021-ci il üzrə bu imtahanlarda iştirak edən kişi namizədlər arasında ilk yüksək balı namizəd qeydə alındı.
Riyaziyyat fənni üzrə 56 bal toplayan Pərvin Hümmətzadə AzEdu.az-a açıqlamasında tələbələlik illərindən bu fənn üzrə müəllim kimi fəaliyyətə başladğını bildirib:
“22 aprel 1992-ci ildə anadan olmuşam. 2009-cu ildə Sumqayıt şəhər 34 saylı orta məktəbi bitirib, həmin il 565 balla Azərbaycan Dövlət İqtisad Universiteti Dünya iqtisadiyyatı ixtisasına qəbul oldum. 2013 -cü ildə bu universiteti bitirdim. Hələ təbəlik illərindən riyaziyyatdan müəllim kimi fəaliyyətə başladım və elə bu səbəbdən 2017ci ildə yenidən imtahan verərək Sumqayıt Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul oldum. Bu il məzun olduqdan sonra fəaliyyətimi orta məktəbdə davam etdirmək üçün MiQ imtahanında iştirak etdim”.
O, bildirib ki, abituriyentlərlə yanaşı MİQ üzrə müəllim hazırlığı ilə də məşğul olur:
“İlk dəfə idi ki,bu imtahanda iştirak edirdim .Artıq 10 ildi abituriyent hazırlığıyla məşğul oluram. Eyni zamanda MiQ imtahanına müəllim də hazırlaşdırıram. Buna görə ixtisasdan əlavə heç bir şeyə hazırlaşmadım, yalnız pedaqogikanı oxuyub imtahana daxil oldum”.
Pərvin Hümmətzadə, hədəfinin şagirdlərin öyrənməkdə çətinlik çəkdiyi Riyaziyyat fənnini onlara daha asan üsullarla öyrətmək olduğunu bildirib:
“İmtahan sualları normal idi. Sadəcə biraz texnika və sürətli yazmaq tələb olunur. Düşünürəm ki, təcrübəsi olan və 10-11ci siniflərlə məşğul ola biləcək müəllimlər belə çox rahatlıqla yaza bilər. Hədəfim Sumqayıt şəhərində yerləşən məktəblərdən birində fəaliyyətimi davam etdirməkdir. Şagirdlərin ən çox problemlə üzləşdiyi və öyrənməkdə çətinlik çəkdikləri Riyaziyyat elmini onlara daha asan və interaktiv təlim üsullarıyla öyrətmək arzusundayam. Bu yolda hər bir müəllimə uğurlar”.
Son olaraq o , kişi müəllim namizədlərin imtahana yaxşı hazırlaşıb orta məktəbdə çalışmalarını istədiyini bildirib. “Çünki hazırda orta məktəblərdə kişi müəllimlərin sayı çox az saydadır”-deyə qeyd edib.