Azedu.az

MİQ-in test imtahan mərhələsinin keçirilmə vaxtlarında dəyişiklik ediləcək?- Namizədlər narahatdırlar

MİQ

Elm və Təhsil Nazirliyi

7 İyul 2021, 17:48
MİQ-in test imtahan mərhələsinin keçirilmə vaxtlarında dəyişiklik ediləcək?- Namizədlər narahatdırlar

 

 

5 iyuldan etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verildi.

 

 

Müəllim olmağa hazırlaşan namizədlərin bir çoxu imtahanların vaxtının dəyişdiriləcəyi ilə tərəddüd yaşayır və bunu sosial şəbəkədə dilə gətirirlər.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, iyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib. 

 

 

Bu digər bölgə və rayonlara aid edilmir. 

 

 

Qeyd edək ki, namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. 

 

 

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox