Azedu.az

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan müəllimlərin qeydiyyatı  aparılır   

MİQ

Elm və Təhsil Nazirliyi

31 May 2021, 15:11
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan müəllimlərin qeydiyyatı  aparılır   

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsində uğur qazanan müəllimlər iyunun 7-si 23:59-dək əmək kitabçası, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavə, əvvəlki iş yerində 14.09.2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı ayrı-ayrılıqda skan edərək vahid fayl şəklində və PDF formatında şəxsi səhifələrində müvafiq xanalara yükləməklə ərizələrini təsdiq etməlidir.

 

Bu barədə  AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan sənədləri yükləyərək təsdiqləmə aparmamaq müəllimlərin yerdəyişmə etdiyi vakant yerdən imtinası kimi qəbul ediləcək. Sənəd yükləyərkən diqqətli olmaq və çətinlik yarandığı halda aidiyyəti yerli təhsili idarəetmə orqanına müraciət etmək tövsiyə olunur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox