14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.
AzEdu.az telefon vasitəsi ilə onlayn müsahibəyə qoşulacaq namizədlər üçün təlimatları təqdim edir:
Videomüsahibəyə mobil telefon vasitəsi ilə qoşulmaq istədikdə namizədlər telefonlarına “Micrasoft Teams” proqramını yükləməlidilər.
Proqram yükləndikdən sonra email poçt ünvanına daxil olmalı və Təhsil Nazirliyi tərəfindən göndərilən “Join.Micrasoft.Teams.Meeting” düyməsini sıxaraq növbəti səhifəyə keçid etməlidilər.
Bu zaman namizədlərə ünvanlanan linkin brauzer, yoxsa Micrasoft Teamsda açılması təklif olunur.
Namizədlər təkliflərdən Mcrasoft Teams tətbiqini ssçdikdən sonra açılan yeni səhifədən “Joim as a guest” düyməsini sıxmalıdılar.
Açılan pəncərədə ad və soyad daxil edildikdən sonra yenidən “Join as a guest” düyməsinə sıxaraq videomüsahibəyə qoşulmaq mümkündür.
Qeyd edək ki, namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.