Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.
“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bunun üsullarından danışıb.
Wake-On-Lan (W-O-L)” kimi texnologiyalardan istifadə edərək kompyuteri smartfondan uzaqdan açmaq mümkündür. Bu, şəbəkə adapterinə daxil olan trafiki izləyən və istəyə əsasən kompyuteri açan daimi bir enerji təchizatıdır”, - deyə o bildirib.
Həmçinin ana platanı (BIOS) elə konfiqurasiya etmək mümkündür ki, şəbəkədə gərginlik görünəndə kompyuter açılsın və smart elektrik yuvası vasitəsilə şəbəkəyə qoşulsun:
“Smart elektrik yuvası internetə qoşulur və smartfondakı tətbiqdən idarə olunur. Orada cərəyan axını başlayan kimi kompyuter açılır və “uzaqdan giriş müştəriləri” vasitəsi ilə ona qoşulmaq mümkün olur”.
O bildirib ki, əvvəlcə kompyuteri açarkən “müştəri proqramının” avtomatik işə salınması konfiqurasiya edilməlidir.
Mütəxəssisin sözlərinə görə, “TeamViewer”, “Parallels”, “Microsoft Remote Desktop” kimi tətbiqlərdən istifadə etməklə kompyuterin smartfondan idarəsi mümkündür:
“Bu çox rahatdır: dostlara bəzi texniki problemləri həllinə kömək etmək və ya kompyuterdə lokal olaraq saxlanılan sənədi yükləmək olar”.
“İşi tamamladıqdan sonra kompyuter heç bir problem olmadan söndürülə bilər”, - deyə Qritsenko sözlərini tamamlayıb. (oxu.az)