Azedu.az

İş yerini dəyişmək istəyən müəllimlər üçün əla şans- İl sonunadək...  

MİQ

Elm və Təhsil Nazirliyi

16 İyul 2020, 14:44
İş yerini dəyişmək istəyən müəllimlər üçün əla şans- İl sonunadək...  

  

“İş yerini dəyişmək istəyən müəllimlər üçün ilin sonuna qədər imkanlar yaradılacaq".

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin facebook canlı yayımında deyib.

 

 

O, 2011-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinin keçirildiyini deyib.

 

 

“Yalnız 2017-ci ildən etibarən qaydalarda dəyişiklik edildi.Burada qəbuldan əlavə kimsə bilik-bacarığını yoxlaya, ikinci iş yeri qazana və ya iş yerini dəyişə bilmək imkanı yarandı. Bu, müəllimlər tərəfindən yüksək qiymətləndirildi. Bu il ali və orta ixtisas təhsili müəssisələrini müəllimlik ixrisası üzrə bitirənləri işsiz saxlaya bilmərik. İlk növbədə onlar üçün şərait yaradılmalıdır. Təbii k, iş yerini dəyişmək istəyən müəllimlər üçün ilin sonuna qədər əlimizdə bütün resurslardan istifadə olunacaq ki, onların da zəhməti hədər getməsin".

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı bu gündən başlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox