Avqustun 7-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.
AzEdu.az xəbər verir ki, vakansiya seçimi mərhələsi 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər.
Azərbaycan bölməsi üzrə 2019-2020 tədris ili üçün ümumi təhsil müəssisələrinə elan edilmiş vakant yer seçimini aşağıdakı link vasitəsilə öyrənə bilərsiniz:
//www.miq.edu.az/vakant_az_bolmesi
Rus bölməsi üzrə 2019-2020 tədris ili üçün ümumi təhsil müəssisələrinə elan edilmiş vakant yer seçimini aşağıdakı link vasitəsilə öyrənə bilərsiniz:
//www.miq.edu.az/vakant_rus_bolmesi
Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.