Azedu.az

MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi sabah başlanır- Namizədlər tələssinlər, çünki...

MİQ

6 Avqust 2019, 10:34
MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi sabah başlanır- Namizədlər tələssinlər, çünki...

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi 7 avqustda start götürəcək.

AzEdu.az xəbər verir ki, bu mərhələdə minimum keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə ilkin olaraq təxminən 7.000 vakant iş yerinin çıxarılması planlaşdırılır.

Müsabiqənin test imtahanı mərhələsində minimum keçid balını toplayan şəxslər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox