Xəbər verdiyimiz kimi bu gündən etibarən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizədin iştirakı gözlənilir.
AzEdu.az-ın məlumatına görə, müsabiqədə iştirak edəcək namizədlərin 95%-i Azərbaycan, 5%-i isə rus bölməsini seçib.
MİQ müsabiqəsində iştirak edəcək namizədlərin fənlər üzrə bölgüsünü təqdim edirik.
Azərbaycan bölməsi üzrə müsabiqədə iştirak edəcək namizədlərin fənlər üzrə bölgüsü…
Fənn Namizədlərin sayı
İbtidai sinif 11717
Azərbaycan dili və ədəbiyyat 6294
İngilis dili 5549
Riyaziyyat 4282
Fiziki tərbiyə 3092
Tarix 2846
İnformatika 2600
Coğrafiya 2427
Fizika 2057
Texnologiya 1979
Biologiya 1688
Kimya 1342
Musiqi 1043
Təsviri incəsənət 918
Rus dili 707
Fransız dili 302
Alman dili 152
Rus bölməsi üzrə müsabiqədə iştirak edəcək namizədlərin fənlər üzrə bögüsü
Fənn Namizədlərin sayı
İbtidai sinif 715
İngilis dili 294
Rus dili və ədəbiyyat 272
Riyaziyyat 174
Biologiya 137
Tarix 126
Fiziki tərbiyə 99
Kimya 85
Coğrafiya 70
İnformatika 70
Fizika 69
Fransız dili 34
Azərbaycan dili 22
Alman dili 21
Musiqi 20
Texnologiya 7
Təsviri incəsənət 5