Müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək.
Xatırladaq ki, mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.
Müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının iyunda keçirilməsi planlaşdırılsa da lakin ayın hansı günündə təşkil olunacağı haqqında dəqiq məlumat mövcud deyil.
Bəs müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanı nə zaman keçiriləcək?
MİQ müsabiqəsi üçün sınaq imtahanının gecikməsinin səbəbi nədir?
Namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik:
AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ müsabiqəsi üçün sınaq imtahanın keçirilməsinin dəqiq tarixi ilə bağlı hələlik məlumat yoxdur.
Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı keçirilməsinə dair dəqiq məlumat olarsa, İnsan Resursları Mərkəzinin rəsmi “facebook” səhifəsində paylaşılacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları ilk dəfə 18-30 may tarixlərində keçirilib.