Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində 89 məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir:
"Belə ki, Beyləqan rayonu üzrə 31, İmişli rayonu üzrə 14, Saatlı rayonu üzrə 22, Sabirabad rayonu üzrə 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir".
Qeyd edək ki, ötən illə müqayisədə 2 bağçanın fəaliyyəti dayandırılıb.