Mil- Muğan regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Beyləqan rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 902 şagird bitirib və onların 898 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 49 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında R.Həsənov adına I Aşıqlı kənd tam orta məktəbini qeyd etmək olar.
İmişli rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1140 şagird bitirib və onların 1102 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 63 nəfəri 500-dən, o cümlədən 20 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı şəhər və Otuziki kənd tam orta məktəblərini qeyd etmək olar.
Saatlı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 816 şagird bitirib və onların 799 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 36 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.
Sabirabad rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1484 şagird bitirib və onların 1459 nəfəri buraxılış imtahanında iştirak edib.
Rayonun məzunlarının 57 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb.
Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.