Mil-Muğan iqtisadi rayonu üzrə peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sayı açıqlanıb.
AzEdu.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, Beyləqan Peşə Məktəbində 188, İmişli Peşə Məktəbində 215, Saatlı Peşə Liseyində 232, Sabirabad Peşə Liseyində 291 tələbə olmaqla, ümumilikdə iqtisadi rayon üzrə 926 tələbə təhsil alır.
Mil-Muğan iqtisadi rayonu 4 peşə təhsil müəssisəsində 204 nəfər çalışır.