Azedu.az

Biləsuvarda 3 məktəbdə peşə təmayüllü siniflər yaradılıb

Mil-Muğan Regional Təhsil İdarəsi

29 Sentyabr 2024, 08:44
Biləsuvarda 3 məktəbdə peşə təmayüllü siniflər yaradılıb

Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb.

AzEdu.az xəbər verir ki, yeni siniflər rayonun Xırmandalı kənd 2 nömrəli tam orta məktəbində, Əsgərabad kənd tam orta məktəbində və Biləsuvar şəhəri 2 nömrəli tam orta məktəbində təşkil olunub.

Bildirək ki, bu vaxta qədər rayonun digər 4 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib və sözügedən siniflərin sayı bununlada 7-yə çatıb.

Qeyd edək ki, 7 məktəbdə təşkil olunan bu tip siniflər ümumilikdə 11 sinif olmaqla, 202 şagirdi əhatə edib.

ŞOK HÜCUM! Moskva vuruldu - Azərbaycanlılar çıxarılır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox