Azedu.az

Avtomobil 1-ci sinif şagirdini vuraraq öldürüb   

1 Yanvar 2019, 12:10
Avtomobil 1-ci sinif şagirdini vuraraq öldürüb   

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

AzEdu.az “Report”a istinadən məlumat verir ki, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib. 

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub. 

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox