 
                                Təhsil sahəsində kadr seçimi prosesi çərçivəsində direktorların işə qəbulu müsabiqəsi ilə bağlı ən çox verilən sualların cavabları təqdim edilib.
AzEdu.az həmin sual-cavabları təqdim edir:
Sual: Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?
Cavab: Direktorların işə qəbulu 2 mərhələdən (seçim və müsahibə) ibarət müsabiqə yolu ilə keçirilir.
Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Cavab: Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.