Azedu.az

Bu bölgələrdə yeni musiqi məktəbləri tikiləcək - SİYAHI 

Məktəblər

24 Oktyabr 2025, 08:55
Bu bölgələrdə yeni musiqi məktəbləri tikiləcək - SİYAHI 

2025-ci ildə Azərbaycanda incəsənət və musiqi təhsili sahəsində infrastrukturun genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkənin müxtəlif şəhər və rayonlarında yeni musiqi və incəsənət məktəblərinin tikintisi həyata keçirilir.

2025-ci il ərzində Azərbaycanda neçə yeni musiqi məktəbi tikilib və istifadəyə verilib? Tikilən bu musiqi məktəbləri hansı şəhər və rayonlarda yerləşir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci il ərzində 4 yeni uşaq incəsənət məktəbinin tikintisi həyata keçirilir:

"Bu təhsil ocaqlarından biri (Ağdam Muğam Mərkəzi) artıq istifadəyə verilib. Yeni məktəblər Bakı, Şəki, Gəncə və Ağdam şəhərlərini əhatə edir.Layihələrin məqsədi regionlarda incəsənət təhsilinin maddi-texniki bazasının gücləndirilməsi, yaradıcı uşaqlar üçün müasir öyrənmə mühitinin təmin edilməsidir. Ümumilikdə bu məktəblərdə təxminən 1500 şagirdin təhsil alması planlaşdırılır",- deyə nazirlikdən məlumat verilib.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox