11-ci sinif şagirdi dünya çempionatında ll yerə çıxaraq gümüş medal əldə edib.
AzEdu.az-ın məktəb direktorundan əldə etdiyi məlumata görə, Füzuli rayonu Əhmədbəyli kənd General Məhəmməd Əsədov adına tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdi Kərimov İlhamiz Cahid oğlu gümüş medala layiq görülüb.
Belə ki, o, Misir Ərəb Respublikasının Qahirə şəhərində təşkil olunmuş parapauerliftinq idman növü üzrə Dünya Çempionatında ağırlıq qaldırma idman növü üzrə 2-ci yerə çıxaraq gümüş medal qazanıb.