Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyin direktoru Eşqi Bağırov daha bir məktəb rəhbərini vəzifəsindən azad edib.
Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, agentlik direktorunun müvafiq əmrinə əsasən Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.