Azedu.az

Qazaxıstanın Füzulidə tikdirdiyi mərkəzdə 100 uşaq təhsil alır

Məktəblər

18 Oktyabr 2025, 11:55
Qazaxıstanın Füzulidə tikdirdiyi mərkəzdə 100 uşaq təhsil alır

Qazaxıstanın Füzulidə inşa etdirdiyi yaradıcılıq mərkəzində 100 uşaq təhsil alır.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev bunu "Kazinforma" müsahibəsi zamanı bildirib.

"Qazaxıstana azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə təşəkkürümü bildirirəm. Hazırda burada təxminən 100 uşaq təhsil alır və bu mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib" - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, ötən il martın 12-də  Prezident İlham Əliyev və Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edərək, burada təhsil alacaq uşaqlarla görüşüblər.

Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağıdır.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox