Azedu.az

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

Məktəblər

15 Oktyabr 2025, 11:12
“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq “GITEX Global 2025” sərgisi çərçivəsində “Rəqəmsal məktəb” platformasının təqdimatı olub. Təqdimatla çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov sərgi iştirakçılarına süni intellekt istiqamətində “Rəqəmsal məktəb” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

AzEdu.az xəbər verir ki, “Rəqəmsal məktəb” platformasında tətbiq edilən “Rəqəmsal köməkçi” həlli Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilir. Təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyan bu innovativ layihə şagird və müəllimlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində yaradılmış süni intellekt köməkçiləri – “Rəqəmsal şagird köməkçisi” və “Rəqəmsal müəllim köməkçisi” isifadəçilərə fərdiləşdirilmiş dəstək təqdim edir.

• “Rəqəmsal şagird köməkçisi” şagird və valideynlər üçün nəzərdə tutulub. Fənlər üzrə suallara cavab verir, mövzuların izahında kömək edir və öyrənmə prosesində interaktiv və dostyana yanaşma nümayiş etdirir.
• “Rəqəmsal müəllim köməkçisi” isə milli kurikulumla uyğunlaşdırılmış gündəlik dərs planları hazırlayır, müxtəlif çətinlik səviyyələrinə uyğun test və açıq suallar yaradır, həmçinin şagird cavablarını qiymətləndirir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında 2025-ci ilin sentyabrında imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilən bu layihə Azərbaycanın Generativ Süni İntellekt (GenAI) təşəbbüslərindən biri olmaqla ölkənin təhsil sahəsində innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm mərhələni ifadə edir.

Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR
Son xəbərlərDaha çox