Azedu.az

Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ

Məktəblər

1 Oktyabr 2025, 17:29
Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib. 

O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir. 

“65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib. 

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Hazırlıqlar başladı - Rusiya NATO ölkələrinə hücum edəcək!
Son xəbərlərDaha çox