III MDB Oyunlarında Naxçıvan boks məktəbinin yetirməsi, boks millimizin üzvü Haqverdi Həsənov 1/4 finalda Bahdan Şaşlikovu (Belarus) məğlub edərək (3:2) növbəti mərhələyə adlayıb.
AzEdu.az xəbər verir ki, məktəbli idmançı oktyabrın 3-də finala çıxış uğrunda David Karababayevlə (Rusiya) görüşəcək.
Haqverdi ilə yanaşı, Naxçıvandan 3 idmançı və 1 məşqçi ölkəmizi yarışlarda təmsil edir.
Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 23 idman növü üzrə keçirilir.