Azedu.az

Azərbaycanda qiyabi ümumtəhsil məktəblərində şagird sayı azalır

Məktəblər

Şagirdlər

26 Sentyabr 2025, 17:35
Azərbaycanda qiyabi ümumtəhsil məktəblərində şagird sayı azalır

Müxtəlif səbəblərdən gündüz təhsil ala bilməyən şagird qiyabi məktəblərdə təhsilini davam etdirir.

Dövlət Statistika Komitəsindən AzEdu.az-a verilən məlumata görə, 2020-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən qiyabi (axşam) ümumtəhsil məktəblərinin sayı sabit qalsa da, bu məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı ildən-ilə azalmaqdadır.

2020/2021-ci tədris ilində ölkədə 5 qiyabi ümumtəhsil məktəbi fəaliyyət göstərib və burada 854 nəfər şagird təhsil alıb. Onlardan 614 nəfəri isə 10-11-ci sinif şagirdləri olub.

2021/2022-ci ildə məktəblərin sayı dəyişməsə də, ümumi şagird sayı 754 nəfərə, yuxarı siniflərdə oxuyanların sayı isə 528 nəfərə düşüb.

2022/2023-cü tədris ilində qiyabi məktəblərdə 716 şagird olub, bunun 502 nəfəri 10-11-ci siniflərdə təhsil alıb.

2023/2024-cü ildə göstəricilər bir qədər də azalaraq 736 nəfər şagirdə, onlardan isə 487 nəfərinə enib.

Son məlumata görə, 2024/2025-ci tədris ilində ölkədə yenə 5 qiyabi məktəb fəaliyyət göstərir. Burada 666 nəfər şagird oxuyur ki, onların 439 nəfəri yuxarı sinif şagirdləridir.

Beləliklə, 2020-ci ildən bu yana həm qiyabi ümumtəhsil məktəblərində şagirdlərin sayı, həm də yuxarı siniflərdə təhsil alanların göstəriciləri ardıcıl olaraq azalmaqdadır.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox