Azedu.az

Məktəblərdə təkcə əzbərə əsaslanmaq uşağın təhsilini ZƏİFLƏDİR

Məktəblər

Şagirdlər

26 Sentyabr 2025, 14:30
Məktəblərdə təkcə əzbərə əsaslanmaq uşağın təhsilini ZƏİFLƏDİR

Nazirlik tərəfindən də vurğulanıb ki, şeir əzbərləmək əmək bazarına hazırlamır və müəllimlər uşaqlara əlavə bacarıqlar aşılamalıdır. Problemlər həm ibtidai sinifdə valideynlərin yarış ruhundan, həm də məktəb metodikasındandır. Uşaqlar düzgün qiymətləndirilmədikdə, əzbərləmə və digər bacarıqların mahiyyəti itir.

AzEdu.az xəbər verir ki, bu fikirləri kitab blogeri Sərxan Rüstəmov "Sabaha saxlamayaq" verilişindəki çıxışı zamanı bildirib.

"Erkən yaşlarda, xüsusilə ilk 3-4 yaşda, uşağın beyni sürətlə inkişaf edir. Bu dövrdə valideynlər uşağın balanslı inkişafına diqqət etməlidir. 6-10 yaş arası isə valideynlərdə rəqabət və həvəs uşağın təhsil prosesinə təsir edə bilər.

Məqsəd uşağın əzbərçilik üzərində tam dayanması deyil; əzbər yanaşması ilə digər bacarıqlar inkişaf etdirilməlidir. Uşağın fiziki, sosial və intellektual inkişafı da nəzərə alınmalıdır. Qriqori Petrovun “Ağ Zambaqlar ölkəsi” kitabında vurğulandığı kimi, uşaqlar yalnız faktlar və qaydalar ilə doldurulduqda, fiziki və zehni inkişaf zədələnir. 

Əsas mesaj budur: şeir əzbərləmək faydalıdır, amma balanslı şəkildə olmalıdır, təkcə əzbərçilik üzərində dayanmaq zərərlidir".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox