Azedu.az

"Təhsildəki faydalı ənənələri bərpa etməliyik"

Məktəblər

Şagirdlər

24 Sentyabr 2025, 16:08
"Təhsildəki faydalı ənənələri bərpa etməliyik"

Məktəblərdə tərbiyə və tədrislə yanaşı, uşaqlarda əmək vərdişlərinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkələrində bu proses fərqli yanaşmalarla həyata keçirilir.

Məktəbdə uşaqlara yalnız dərs öyrətmək kifayət edirmi, yoxsa onların əmək vərdişləri və məsuliyyət hissi də vformalaşdırılmalıdır?

Mövzu ilə bağılı təhsil jurnalisti Məzahir Məmmədli AzEdu.az-a açıqlama verib.

168559

M.Məmmədli qeyd edib ki, Yaponiyada məktəblərdə xadimələr fəaliyyət göstərmir:

"Yaponiyada şagirdlər özləri sinif otaqlarını təmizləyirlər. Bu həmçinin onlarda məsliyyət hisinin gücləndirir. Burada uşaqlar birinci sinifdən əmək vərdişlərinə hazırlanır. Onlara əmək bazarına uyğunlaşmaq, valideynlərə və digər sahələrdə çalışan şəxslərə hörmətlə yanaşmaq kimi dəyərlər aşılanır. Bu yanaşma həm də uşaqlarda məsuliyyət hissinin formalaşmasına xidmət edir.

Fikrimcə, biz də öz ənənələrimizi bərpa etməliyik. Məsələn, əvvəllər məktəblərdə növbətçi şagird olurdu və o, sinifdə səliqə-səhmanın qorunmasına, hətta dəhlizlərdə baş verən çatışmazlıqlara nəzarət edirdi. Məncə, yaxşı olan ənənələrin haradan qaynaqlandığının fərqi yoxdur - istər sovet sistemindən, istər başqa mənbədən gəlsin. Əsas odur ki, faydalı olanları qoruyub yaşadaq".

 

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox