Azedu.az

“Riyaziyyat dərslikləri rəsm kitablarına bənzəyir” - şəkil çox, tapşırıq az...

Məktəblər

Müəllimlər və elm adamları

23 Sentyabr 2025, 10:24
“Riyaziyyat dərslikləri rəsm kitablarına bənzəyir” - şəkil çox, tapşırıq az...

Riyaziyyat dərsliklərimiz və proqramımız ümumilikdə normaldır, dünya proqramlarından çox da geridə qalmır. Sadəcə bəzi mövzularda fərqlər var. Məsələn, triqonometriya mövzusu Azərbaycanda daha dərindən tədris olunur ki, bu da şagirdlər üçün müəyyən çətinlik yaradır. Eyni hal loqarifmik tənliklərdə də müşahidə olunur: bizdə geniş öyrədilir, amma xarici ölkələrdə daha səthi şəkildə keçirilir.

Bu fikirləri AzEdu.az-a açıqlamasında riyaziyyat müəllimi, “Örnək müəllim” Vasif Rəhimov bildirib.

Dərslikdəki problemli mövzular

"Bəzi mövzular isə bizdə zəif öyrədilir. Məsələn, matris və determinant mövzuları universitet səviyyəsində tədris olunur, halbuki inkişaf etmiş ölkələrdə bu sahələr daha geniş işlənir. Ehtimal və statistika da belə mövzulara daxildir. Xarici ədəbiyyatların düzgün tərcüməsi həm müəllimlərin, həm də şagirdlərin inkişafına müsbət təsir göstərə bilər.

Həndəsə ilə bağlı ciddi problemlər mövcuddur. Kitablarda kifayət qədər tapşırıq yoxdur, planimetriya zəif təqdim edilir. Türkiyə dərslikləri ilə müqayisədə bizdə həm vəsait azdır, həm də mövzular yetərincə işlənməyib. Buna görə də bir çox müəllimlər, hətta riyaziyyat ixtisaslı olanlar belə, həndisədə çətinlik çəkirlər.

Riyaziyyatın bəzi mövzuları, məsələn limit, integral və törəmə, orta səviyyədə keçirilir. Lakin dünya standartları ilə müqayisədə bizdə integralın tətbiqləri və misal tipləri azdır. Bu biliklər əsasən universitet mərhələsində öyrədilir, məktəb səviyyəsində isə şagirdlər bu mövzuları mənimsəməkdə çətinlik çəkirlər.

Əsas problemlərdən biri odur ki, öyrənilən biliklər bacarıq və vərdişə çevrilmir. Kitablarda vərdiş formalaşdıracaq qədər tapşırıq yoxdur. Dövlət proqramı mövzuları səthi şəkildə keçməyi nəzərdə tutur, amma Dövlət İmtahan Mərkəzinin sualları daha dərin bilik tələb edir. Bu da şagirdlərin nəticələrinə mənfi təsir göstərir".

Praktik bacarıqların çatışmazlığı

"Düşünürəm ki, bizdə təhlil və riyaziyyat bir çox inkişaf etmiş ölkələrdən daha çətindir. Məsələn, Sinqapur və Almaniyada riyaziyyat həqiqətən dərin və çətin olsa da, ABŞ kimi ölkələrdə daha sadə və asan formada tədris olunur.

Orada uşaqlar əsasən praktiki bacarıqlara yiyələnir, real həyatı təsvir etməyi öyrənirlər. Bizdə isə uşaqlardan daha çox nəzəri bilik tələb olunur. Bu da müasir dövrdə onların həyat bacarıqlarını məhdudlaşdırır.

Məsələn, şagird otağın perimetrini hesablamağı praktik olaraq tətbiq edə bilsə, bu onun üçün daha faydalı olar. Eyni qayda gündəlik həyatda da keçərlidir: yemək bişirərkən nisbətləri düzgün müəyyənləşdirmək, ikiqat artırma və azaldma kimi sadə əməliyyatlar uşaqların praktik təcrübəsinə xidmət edir. Amma dərsliklərimiz bu istiqamətdə yetərli deyil və əsasən nəzəriyyəyə söykənir".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox