Azedu.az

Elektron jurnallar: "Valideynlər övladlarına daha ciddi nəzarət edəcək"

Məktəblər

Şagirdlər

16 Sentyabr 2025, 14:23
Elektron jurnallar: "Valideynlər övladlarına daha ciddi nəzarət edəcək"

Artıq məktəblərdə jurnalların elektronlaşdırılması valideynlər üçün bir çox yeni imkanlar açır.

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədi AzEdu.az-a açıqlamasında bildirib.

167977

Valideynlər övladlarını bir kliklə izləyəcək

"İlk növbədə valideynlər övladlarının dərsdə iştirakını və ya dərsdən yayınmasını birbaşa izləyə biləcəklər. Bununla yanaşı, müəllimlərin qiymətləndirmə ilə bağlı qeydləri, eləcə də şagirdin davranışı haqqında məlumatlar valideynlərə elektron jurnal vasitəsilə əlçatan olacaq.

Digər mühüm üstünlük isə ənənəvi gündəlik sistemindən tamamilə imtina etmək imkanının yaranmasıdır. Valideynlər artıq əlavə xərcləyib gündəlik almayacaq, eyni zamanda şagirdlərin gündəlik üzərində saxtalaşdırma apararaq valideynlərini aldatmaq cəhdlərinə də son qoyulacaq. Məlumdur ki, bəzən akademik göstəriciləri zəif olan şagirdlər gündəlikdə düzəlişlər edərək, öz nailiyyətlərini olduğundan yaxşı göstərməyə çalışırdılar.

Elektron jurnal sistemi bu halların qarşısını alacaq. Çünki valideynlər birbaşa müəllimlərin, sinif rəhbərinin, həmçinin məktəb psixoloqunun qeydləri ilə tanış ola biləcəklər. Bu isə valideynlərə əlavə narahatlıq və təşviş keçirmədən övladlarını rahat şəkildə izləmək imkanı verəcək".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox