Bu il Füzuli rayonu Qarabağ kənd tam orta məktəbində 145 şagird təhsil alacaq.
AzEdu.az xəbər verir ki, 120 yerlik məktəbdə şagird sayı 2020-ci illə müqayisədə 61 faiz artım təşkil edir. Cari tədris ilində isə I sinfə 18 şagird qəbul olunub.
2024-2025-ci tədris ilində məktəbi bitirən bütün məzunlar ali və orta ixtisas məktəblərinə qəbul olunublar. Bundan əlavə, 2 şagird Beynəlxalq PİXİDOKU məntiq olimpiadasında, 2 şagird isə Bakı Mühəndislik Universitetinin məntiq olimpiadasında gümüş və bürünc medallara layiq görülüb.
Məktəbdə həmçinin Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə 7 və 8-ci qrant müsabiqələrinin qalibi olan 3 layihə icra edilib.
Qarabağ kənd tam orta məktəbi beynəlxalq əməkdaşlığa da önəm verir. Hazırda məktəb Amerika Birləşmiş Ştatları, Estoniya və Şotlandiyada fəaliyyət göstərən təhsil qurumları ilə əməkdaşlıq edir.